Bakı-Quba yolunda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunun Siyəzən rayonu hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Şimal bürosunun məlumatına görə, QAZ-31 markalı minik avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Gülmalı Rizvanov və onun həyat yoldaşı Çeşmenaz Rizvanova ağır dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Share: