Bakı Nəqliyyat Agentliyində korrupsiyaya qarşı əməliyyat keçirilir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirir.

“Qafqazinfo”nun məlumatına görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

Share: