Azərbaycanlı “Kriminal dünya” liderlərinin dəbdəbəli məzar daşları – FOTOLAR

“Kriminal dünya” dediyimiz oğru aləminin də öz qayda və qanunları var. Məsələn Rusiya kimi nəhəng bir ölkənin şəhərlərini deyilənə görə avtoritetlər idarə edir. Ən çox da avtoritetlər arasında dava Rusiya bazarlarına görə baş verir. Qısa ömür yaşayan kriminal dünyanın liderləri çox vaxt güllələnirlər. Ən yadda qalan isə onların məzarları başında ucaldılan dəbdəbəli heykəl və büstləridir.
Müstəqil.Az Moderator.az-a istinadən  bu dəfə sizə azərbaycanlı kriminal avtoritetlərin dəbdəbəli məzar daşlarını təqdim edəcək.
Kərimov Bəxtiyar Ağababa oğlu. 1959-cu il martın 21-də Bakının Novxanı kəndində anadan olub. Qısa müddətli həbslərdə olub. Kriminal aləmdə (Baxo Novxanınski) kimi tanınıb. 1998-ci il aprelin 6-da ürək çatışmazlığından vəfat edib. Novxanı kədində dəfn edilib.
Abbasov Novruz Müseyib oğlu. 1959-cu il martın 19-da Tərtər rayonunda anadan olub. Kriminal aləmdə (Zaur) kimi tanınıb. 1994-cü ildə koronovat olunub. 2002-ci il aprelin 9-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Tərtər rayonunda dəfn edilib.
Mir Seymur Abdullayev Mir Teymur oğlu. 1963-cü il iyulun 25-də Bakının Nardaran qəsəbəsində anadan olub. 1993-cü ildə Bakıda “koronovat” olunub. Kriminal aləmdə (Seymur Nardaranski) kimi tanınıb. Moskva şəhərində yaşayıb. 2003-cü il may ayının 4-də güllələnib. Nardaran qəbəsində dəfn edilib.
 Muxtarov Hikmət Məmmədqulu oğlu. 1956-cı il noyabrın 3-də Sabirabad rayon Kürkənd kəndində anadan olub. 1981-ci ildə Sabirabad məhkəməsi onu altı il azadlıqdan məhrum edib. 1983-ci ildə kriminal aləmdə Vaqif Ramanınski kimi tanınan avtoritet tərəfindən koronavat olunub. Kriminal aləmdə (Hikmət Sabirabadski, Lotu Hikmət kimi tanınıb) 2006-cı il aprelin 7-də Moskvada güllələnib. Aprelin 11-də doğulduğu kəndə dəfn edilib.
Çingiz Axundov Əbdülrəhim oğlu. 1954-cü il mayın 25-də Lənkəran şəhərində anadan olub. Kriminal aləmdə (Ağbaş Çingiz) kimi tanınıb. 1978-ci ildə 14 il həbs cəzası alıb. 1992-ci ildə azadlığa çıxıb. 2007-ci il iyun ayının 2-də Moskvada güllələnib. Yasamalda dəfn edilib.
Hüseynov Mamed İsgəndər oğlu. 1961-ci il noyabrın 4-də Masallıda anadan olub. 1993-cü ildə koronavat olunub. Kriminal aləmdə (Maməd Masalınski) kimi tanınıb. 2011-ci il martın 20-də Bakıda həbsxanada vəfat edib.
Əlibala Qədimov Əlisəftər oğlu. 1972-ci il noyabrın 30-da Bakıda anadan olub. 1992-ci ildə məhkəmə onu 14 il azadlıqdan məhrum edib. 1997-ci ildə azadlığa çıxa bilib. 1998-ci ildə Seymur Nardaranski tərəfindən kotonavat olunub. Kriminal aləmdə (Qoca və Qoca Yasamalski) kimi tanınıb. 2013-cü il avqustun 18-də İstanbulda güllələnib. Avqustun 21-də Yasamalda dəfn edilib.
Əliyev Baxış Muxtar oğlu. 1974-cü il iyulun 4-də Gürcüstanda anadan olub. Rusiyada və Ukraynada fəaliyyət göstərib. Kriminal aləmdə (Vaxa) kimi tanınıb. 2014-cü il aprelin 7-də Ukraynanın Odessa şəhərində qətlə yetirilib. Bakıda dəfn edilib.
 Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində anadan olub. Atasının qatilini məhkəmədə güllələdikdən sonra həbsxanaya düşüb. İki illik həbsxana həyatından sonra Rusiyaya yollanıb. Seymur Nardaranski tərəfindən koronavat olunub. Kriminal aləmdə yüksək nüfuza malik olan Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda güllələnib. Avqustun 19-da Lənkəranda dəfn edilib.
 
Vasif Əlihüseyn

Share: