Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu – V turunda İsraillə üz-üzə gələcək.

Azərbaycan komandası hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb, ev sahibi isə 4 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

 


Share: