Azərbaycandan fərqli bəyanat eşidirik – İsgəndəryan

Qarabağ üzrə Minsk danışıqlar prosesinin reanimasiyası gedir.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Bu, Ermənistanda hakimiyyət dəyişikliyi, elitanın tranzitinin baş verməsiylə bağlıdır. Bir tərəfdən yeni elitalar çalışırlar ki, Qarabağ probleminə daxil olsunlar, hansısa formada həmsədrlər, eləcə də Azərbaycanla qarşılıqlı fəaliyyətə girməyə cəhd edirlər. Bununla bərabər biz sərhəddə güc tətbiqinin azaldığını, Azərbaycandan bir qədər fərqli bəyanatların verildiyini görürük”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi görüşünə hazırlıq aparılır:

“Bunun nə qədər uğurlu olub-olmadığını deyə bilmərəm. Görürük ki, müəyyən dar çevrədən kənara heç bir informasiya çıxmır. Bu o deməkdir ki, əslində proses gedir və o, birbaşa konfliktlə bağlıdır”.

İlkin H.

Share: