Azərbaycanda yol qırğını – 4 nəfər öldü, 16 şəxs xəstəxanalıq oldu

Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər həyatını itirib.

Müstəqil.az xəbər verir ki, gün ərzində ümumilikdə 11 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edən 4 nəfərdən başqa 16 şəxs xəstəxanaya yerləşdirilib.

Ölümlə nəticələnən yol qəzaları Zaqatala, Qax, Hacıqabul və Bakının Xətai rayonunda baş verib.

Hər bir faktla bağlı araşdırma aparılır. (Publika.az)

Share: