Azərbaycanda kişi gəlini və nəvəsini baltaladı

Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsinə balta ilə xəsarət yetirib. 

Oxu.Az-ın məlumatına görə, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini – 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib. 

Onlar xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin  əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

İlhamə Əbülfət

Share: