Azərbaycana siqaretin içində heroin keçirmək istəyən şəxs tutuldu

İrandan Azərbaycana heroin gətirən şəxs saxlanılıb.

Müstəqil.Az “Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə  piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd “West” markalı siqaret qutusuna baxış keçirilib. Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Share: