ABŞ-da Qrip epidemiyası 63 uşağın həyatını itirməsinə səbəb oldu…

ABŞ-da qrip epidemiyası 48 ştatı cənginə alıb. Artıq 63 uşaq xəstəlikdən ölüb. Müstəqil.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi məlumat yayıb. 

Məlumata görə, təkcə yanvarın 28-dən fevralın 3-nə kimi qripdən 10 uşaq dünyasını dəyişib. Qeyd edilən dövrdə bütün ölkə ərazisində həkimə hər 13 müraciətdən biri qrip simptomları ilə bağlı olub.

Epidemiya Oreqon və Havay istisna olmaqla bütün ştatlarda qeydə alınıb.

Qeyd edək ki, 2014-2015-ci ilin payız-qış mövsümündə qrip simptomlarından 56 min insan ölüb. Mərkəz bu il də ölənlərin sayının artacağını proqnozlaşdırır.

Müstəqil.Az

Share: