Azərbaycan regionlarının fəal gəncləri Naxçıvanda ekskursiyadadır

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfər gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub. ETMTV.news-in əldə etdiyi məlumata görə layihədə Gəncə şəhərinin fəal gənclərindən biri, ADAU-nun “Aqrobiznes və İdarəetmə” fakültəsinin Menecment ixtisasının 3-cü kurs tələbəsi, Odlar Yurdu Gənclər Ictimai Birliyinin Könüllüsü  Ruslan Vəliyev  də iştirak edib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi son dövrlərdə Azərbaycan Respublikasında müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq, 15 iyun2012-ci il tarixdə bir qrup gənc tərəfindən təsis edilmiş, 13 iyul 2012-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birliyin məqsədi gənclərdə  vətənpərvərlik hisslərinin aşılanmasına, onların milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunmasıdır.
Layihə çərçivəsində Gəncə şəhərindən ümumilikdə 4 nəfər gənc iştirak etmişdir. Onlardan biri də Odlar Yurdu Gənclər Ictimai Birliyinin Könüllüsü Vəliyev Ruslan olmuşdur. Layihədə iştirak edən gənc fərdi inkişafı ilə digərlərindən fərqlənmişdir. Tarixi dəyərlərə böyük maraq göstərən Ruslan Vəliyev  Odlar Yurdu Gənclər Ictimai Birliyinin aktiv Könüllüsü olmuşdur.

Müstəqil.Az

 

Share: