Azərbaycan klubu argentinalı hücumçu transfer edir

Argentinalı futbolçu Auqusto Lotti karyerasını Azərbaycanda davam etdirə bilər.

Hazırda Meksikanın “Krus Asul” klubunda çıxış edən 27 yaşlı hücumçu komandasını dəyişmək üzrədir. O, Azərbaycanı avrokuboklarda təmsil edən klublardan birinə keçəcək. Ancaq həmin komandanın adı açıqlanmayıb.

Məlumatı TUDN televiziyasının jurnalisti Pako Arredondo özünün “Twitter” hesabında yayıb.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir. “Transfermarkt” portalının 1,5 milyon avro olaraq dəyərləndirdiyi forvard bu mövsüm Meksika çempionatında üç oyun keçirib.

Share: