Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Aydınlatmalar – Artur Rembo

Əlvida

Artıq payızdır! – Əgər qismətinizə zamanın axarına qoşulub axan, ölən, torpağın altında cəsədi çürüyən insanlardan çox-çox qabaq Tanrının üzünü görmək yazılmışdısa… o əbədi Günəşin əcrini çəkməyə dəyərmi?!

Payız. Payızın qatı dumanından sıyrılan atımız səfilliyin limanına, səması oda və palçığa bulaşmış şəhərə yan alır. Ah! Çürümüş paltarlar, yağışda islanan bir tikə çörək payım, sərxoşluq və məni içimdən çarmıxa çəkən milyon eşq macərası. Doğrudanmı bu Vampirin, hamını öldürüb, özü sağ qalan bu hökmdarın son günü yetişməyəcək? O ruhların hamısı Qiyamət gününü gözləyir. Yenə mənə elə gəlir ki, dərimi kir və taun yeyib gəmirir; hiss edirəm ki,  saçlarımın da arası qurdlarla doludur. Onların ən böyüyü budur düz ürəyimin başındadır! Mən bu yad, hissiz məxluqlarla böyür-böyürə uzanmışam. Nə yaxşı ki, buradaca ölə bilərəm. Dəhşətli bir duyğu! Mən ki, səfilliyə nifrət edirəm.

Və mən bir də qışdan – hər cür rahatlığa meydan açan bu fəsildən qorxuram.

Bəzən səmada ucsuz-bucaqsız dincərliklər, nəsə qeyri-adi aləmlər görürəm. Onlar həmişə işıq şüalarından yoğrulmuş məxluqlarla dolu olur. Başımın üstündəki qızıl gəminin rəngbərəng bayrağını səhər küləyi yellədir. Oturub başımı əllərimin içinə alıram. Bütün bayramları, qələbələri və olub-keçən nə varsa bir də özümçün canlandırdım. Gücümü yeni çiçəklərin, yeni ulduzların, yeni insan və dillərin yaradılmasına sərf etdim. Fövqəlgücə yiyələndiyimin iddiasına düşdüm. Bəs axırı? İndi o zaman uydurduğum nə vardısa hamısının üstündən bir qara xətt çəkirəm! Bu da şairə, sənətkara yetişən şöhrət çələngi!

Və bu da mən! Bir zamanlar ki, özümə sehrkar, yaxud mələk deyirdim, hər hansı əxlaq… çərçivəsindən uzaqda idim… İndi, qardaşlar, mən Yerə qayıtmışam, gerçəkliklərin düz gözünün içinə baxmaq lazımdır.

Bəlkə aldanmışam? Hələ xeyirxahlığın ölümə bacı olacağı günlər qabaqdadır? Bəlkə! İndi isə yalanla bəslədiklərimdən üzr diləməliyəm. Yola düşmək gərək.

Dost əllərini sıxmağa möhtac deyiləm. Bu boyda dünyada bəs dayaq nöqtəsi hardadır?

 

Söz kimyagərliyi

Bir az özüm haqqında. İndiyəcən uğradığım dəliliklərin yalnız bircəsinin tarixi.

Lap çoxdan dünyanın bütün mənbələrini özümdə cəmləşdirməyimlə fəxr edirdim və çağdaş rəssamlıqla poeziyanın ən məşhur örnəkləri məndə gülüş doğururdu. Qapıların üstündən asılan səfehcəsinə çəkilmiş şəkillərdən, avara komediantların divarlarındakı afişa və dekorlarından ləzzət alırdım; moddan düşmüş ədəbiyyat, yalnız kilsədə “yaşayan” latın dili, bisavad müəlliflərin qələmə aldığı erotik romanlar, sehrli nağıllar, əcdadlarımızın keçmişinə ayna tutan nəsr əsərləri, xırda uşaq kitabları, əski operalar, səfeh nəqarətlər, sadəlövh ritmlər… məni çəkən bunlar idi…

Səlib yürüşləri, izi-tozuyla birgə qeybə çəkilən ekspedisiyalar, tarixsiz – quru yerdə qurulan respublikalar, qan içində boğulan dini müharibələr, kökündən dəyişən adətlər, insanların köçəri həyatı, qitələrin iqlimcə bir-birinə qarışması… bunların sadəcə adı gələndə uçunurdum. Bütün bu möcüzələrə mən canı-dildən inanırdım.

Mən saitlərin rəngini uydurdum: A – qaradır, E-ağ, İ-qırmızı, O-mavi, U isə yaşıldı.  Mən hər bir sait üçün ayrıca hərəkət və forma müəyyənləşdirdim və bu hərəkət edən ritmlərin üstündə, mənə elə gəlirdi ki, poeziyanın əsas qanununu kəşf etmişəm – demək, bir gün tez, ya bir gün gec insan hisslərinin bütün mövcud rənglərini üzə çıxaracam.

Əvvəl-əvvəl bu bir məşq idi. Məşq edə-edə mən sükutun da, gecələrin də səsini “yazırdım”. Mən ifadəsi mümkün olmayan şeylərin ifadəsinə çalışrıdım. Başım gicəllənə-gicəllənə dünyadakı bütün “başgicəllənmələri” qeydiyyatdan keçirirdim.

Fransız dilindən çevirdi: Cavanşir Yusifli

Share:

seo