Arif Babayev: “Baş verənləri düşünüb utanıram”

“7 gecədir gözümə yuxu getmir. Allahın sınağıdır, deyirəm. Amma bu, yaman ağır sınaq oldu”.

Kulis.az xəbər verir ki, bu fikirləri Türkiyədəki dəhşətli zəlzələ barədə fikirl’rini Lent.az-la paylaşan Xalq artisti Arif Babayev səsləndirib.

“Səhhətimdə narahatlıq olanda qardaş ölkədə baş verənləri düşünüb utanıram. O dəhşəti görəndə unuduram hər şeyi. Onlar bu soyuqda evsiz-eşiksiz, dərd-sər içində…

Allah o insanların köməyi olsun. Çox ağır dərd, çox böyük fəlakət oldu. Amma Allahdan gələn bəladır, nə deyəsən, kimə deyəsən? Allahın imtahanıdır. Əlimizdən gələn, gücümüz yetən dərd olmadı bu.

Tək əlac odur ki, güclü olub, səbirli olub, bu çətin günləri geridə qoyaq”, – deyə muğam ustası bildirib.

Share: