Aqşin Yenisey beynəlxalq mükafata layiq görüldü

Yazıçı Aqşin Yeniseyin “Tarix və tale” romanı Türkiyədə mükafata layiq görülüb.

Müstəqil.Az xəbər verir ki, mükafat müəllifə bu gün təqdim olunub.

Xatırladaq ki, bir həftə əvvəl (20 sentyabr) bu barədə yazıçı özü sosial şəbəkə hesabında paylaşım etmişdi:

““Tarix və Tale” romanım Türkiyədə Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun mükafatına layiq görülüb. Türk Dil Kurumunun yetkili hocalarına və Azərbaycan Nümayəndəliyinin rəhbəri Elçin İbrahim bəyə təşəkkür edirəm!”

Müstəqil.Az

 

Share: