Aqrar Universitetdə YAP-ın 25 illiyi keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində təntənli toplantı keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib. İctimai elmlər və multikultralizm kafedrasının müdiri, professor Azad Bayramov tədbiri giriş sözü ilə açıb, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş və ətraflı məlumat verib. Professor deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

Kafedranın baş müəllimi Samirə Qasımova bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən və 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının şərəfli tarixi barədə məruzə edib. Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, partiyanın cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini faktlarla təhlil edib.

Tələbələrdən Asiman Musayev, Əbülfəz Cavadov, Orxan Musazadə və başqaları bildirilib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə, onların təhsilinə, aparıcı işlərlə təmin olmasına xüsusi diqqət yetirilib və bu siyasət indi də uğurla davam etdirilir.

Təntənəli toplantını Aqrar Universtetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yekunlaşdırıb və xüsusi vurğulayıb ki, 25 il əvvəl ölkənin siyasi həyatında çox mühüm rola malik Yeni Azərbaycan Partyası yaradılıb və  doğrudan da millətin, Vətənin sabahı naminə dəyərli işlərə imza atıb. Rektor yaxın 25 ilin ən unudulmaz məqamlarından söz açıb, hakim partiyanın real zərurətdən yaranmasını diqqətə çatdırıb.

Sonda rektor İbrahim Cəfərov “Azərbaycan tarixi və Heydər Əliyev” adlı 4-cü ümumrespublika bilik yarışmasında təhsil müəssisəsinə uğur qazandıran dah iki nəfər  komanda üzvünə qiymətli hədiyyə, yubiley münasibətilə fakültələrarası futbol yarışında qalib olan Aqrobiznes və idarəetmə fakültəsinə fəxri fərman və kubok təqdim edib.

Share: