Andranik Tevanyan: “Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur”

Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur.

Erməni mediasında yayılan xəbərə görə, bunu sentyabrın 1-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan deyib.

O, qeyd edib ki, Avropa İttifaqı Şurası prezidentinin Brüsseldə keçirilən üçtərəfli toplantının ardından yaydığı yazılı açıqlamada hətta “Qarabağ” sözünün özü belə qeyd olunmur.

“Əgər əvvəllər biz Mişelin subyektivliyi nəzərdə tutan “Dağlıq Qarabağ” ifadəsini işlətmədiyi, əvəzində “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyi, onların hüquq və təhlükəsizlik təminatlarından danışdığı barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”, – deyə Tevanyan bildirib.

 

Share: