Anar Bağırov: “Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur”

“Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:

“Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı reallaşdıracağıq”.

Share: