Amaliya Pənahovanın qalmaqallı fotosu..

Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova müzakirələrə səbəb olan fotosundan danışıb. 

Müstəqil.Az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, məşhur aktrisa ATV kanalında yayımlanan “Bizimləsən” proqramına telefonla bağlanaraq açıqlama verib:

“Onlar şəklimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdir. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq bu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər.  Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də camaatın arasında skandal etmək istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür ki, aidiyyatı orqanlara müraciət etməliyəm”.

Share: