“ƏRƏB EDAMLARI… KABUS HƏLƏ DƏ DOLANIR…”-İlqar Türkoğlu yazır…

 

                        

ƏRƏB EDAMLARI… KABUS HƏLƏ DƏ DOLANIR…

2019-cu il tarixdə ərəblərin Babəki-Babək Atanı edam etməsinin 1181, Nəsiminin edamının isə 602 ili tamam olur. Digəl ki, türkə- ulusumuza görünməmiş soyqırım yaşadan, Babəkini, Nəsimisini qəddarcasına edam edən ərəbə min ildi yas tutmaqda davam edirik. Onun ayağı dəyən yerləri ocağa, pirə çevirmişik. Ərəblərin uydurduğu, farsların ustalıqla söylədiyi nağıllarda uyumaqla unuduruq bu faciələri. Necə ki, Azərbaycanı 1920-ci ildə işğal eləyən, 1990 cı ilin Qara Yanvar faciəsini, 1992 ci ildə erməni hərbi birləşmələrilə Xocalı soyqırımını yaşadan Qırmızı orduya abidə ucaltmışdıq, necə ki, dərsliklərimizdə milli dəyərlərimizi aşağılayıb, düşmənləri xilaskar obrazında təqdim etmişdik…

 

Qiblə gəzib,ay namazı sorulan,
Babəkindi qollarından vurulan,
Şərəfini qanla yuyub,durulan,
Çanaqqalan, Laçın, Şuşandı qiblən! (İlqar Türkoğlu)

 

Bilirsinizmi, nədən türklər rus imperiyasından da qəddar olan vəhşi ərəbin dinini qəbul etdi? Ərəb işğal etdiyi Azərbaycan torpaqlarında islamı qəbul etməyənlərə suya və havaya görə xərac təyin etdi, hər bir ərəb əsgəri üçün bir ailədə, qız-qadınla təmin olunmaqla, gecələmək şərti qoydu. Hər bir öldürülən ərəb əsgərinə görə cavabdeh ailədən 5 kişi, kişilərin sayı çatmadığı təqdirdə qohumlarından olmaqla 5 nəfəri öldürməklə qisas alınırdı.Şərəfsizliyə dözə bilməyənlər kütləvi şəkildə insanlığa qənim kəsilmiş bu dini,yad bir ideologiyanı qəbul etmək zorunda qaldı.Yüz minlərlə ata və oğulları qılncdan keçirildi, ana və bacıları qənimət kimi ərəbistan bazarlarında qul kimi satışa çıxarıldı.

 

Düşməyir dilindən, ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Neçə günahına”ya rəbb”deyirsən,
Boğulur yenə göz yaşında, qiblən. (İlqar Türkoğlu)

 

Bəşəriyyət hər hansı bir imperiyanın  işğalları zamanı yerli dinc əhali ilə belə şərəfsiz və qəddar davranış nümunəsi görməyib. Ərəb arxivlərində, ərəb mənbələrində minlərlə, milyonlarla belə tarixi faktlar var ki, oxuyub, dəhşətə gəlməmək olmur.

 

Ümmətində şəcərəsiz soydular,
Qardaşı qardaşla üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən! (İlqar Türkoğlu)

 

Babək təkcə sərkərdə deyildi, o, dövlət xadimi, milli təəssübkeş, Ulusun ayaqda qalması üçün milli ideoloq, hurifilikdən öncə, xürrəmiliyin yayıcısı, insanlığın, bəşəri duyğuların tərənnümçüsü idi. İslamın gəlişindən, türkün məişətinə nüfuzundan sonra antik türk dəyərləri, mədəniyyətləri yağmalandı, talan edildi.Min ildi, yad ideologiyaların məngənəsində boğulan türk əxlaqının deformasiyası nəticəsində bu duruma düşdük,bölündük,parçalandıq…

 

Biri yol göstərir irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin,özcə başındı qiblən! (İlqar Türkoğlu)

Bugün leksikonumuzda olan sözlərin çoxunun ərəb dilindən keçdiyini ciddi- cəhdlə sübut etməyə çalışanların niyyəti hər şeyin islamla başlandığını, hər şeyin islamla yarandığını, yalan da olsa, türkə sırımaqdır. Bütün bunlar islamdan öncəki türklərin, antik türklərin, şumerlərin tarixini, mədəniyyətlərini, antik yazılarını, kitabələrini, hətta çap hərfləri olan runik əlifbanı-runları unutdurmaq üçündür. Tarixçilər çox yaxşı bilir ki, ərəb dili dünən, sırağagün, X əsrdən sonra qüreyşlərin ləhcəsində formalaşmağa başlayıb…

 

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Ana torpağındı,daşındı qiblən! (İlqar Türkoğlu)

 

Bütün sivilizasialararası zamanlarda bəşəriyyətə, İNSANLIĞA nümunə olan türkə ərəbin əxlaqı, rusun kommunizmi, batının demokratiyası gərək idimi? Türk niyə özünə dönə, özgürlüyünə,əski idrakına çata bilmir? Nədən, beynəlxalq güclərin yaratdıqları və bizlərin həvəslə can atdığımız qurumların türkün əleyhinə olduğunu dərk edə bilmir? Hədəf, bu gün dünyaya sığmayan türkün ruhunu qurum- qruplar və çərçivələrdə boğmaq, onun bu qurumlardankənar düşüncələrinə öz ideoloji prinsiplərini sırımaq durur. Biz hələ də bu yad ideologiyaların, yad qurum-qrupların məngənəsindən çıxmaq əvəzinə, özümüz əlavə qurumlar yaradır, qruplara bölünür, kiçik və cılız məhəlli, konyuktur maraqlarımızın təmini barədə düşünürük…

 

Şanlı keçmişinlə,özünlə öyün,
Qoy çalınsın”Cəngi”üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən! (İlqar Türkoğlu)

 

Bugün Babək hərəkatı və onun şəxsiyyəti haqqında fundamental-tarixi araşdırmaya çox böyük zərurət var…

İlqar Türkoğlu

Müstəqil.Az

Share: