Almaniyada qaçqınların qaldığı binanı yandırmaq istədilər

Almaniyada yaşayış binasında naməlum şəxslər tərəfindən yanğın törədilməsinə cəhd olunub.

Hadisə Leypsiq şəhərində baş verib.

Binada qaçqınların məskunlaşdığı bildirilib.

Saksoniya Kriminal Dairəsinin verdiyi açıqlamada, binada çalışan mühafizəçilərin gecə yarısı binanın fasadına alışqan maddələr atıldığı barədə polisə məlumat verdikləri və ciddi ziyana səbəb olan yanğının təhlükəsizlik işçiləri tərəfindən söndürüldüyü bildirilib.

Hadisədə xəsarət alan olmayıb

Polis insidentlə bağlı araşdırmaya başlayıb.

Saksoniya əyalətinin daxili işlər naziri Armin Şuster verdiyi açıqlamada hadisəni yandırma cəhdi kimi qiymətləndirib. Hadisənin bu cür qeyri-insani cinayətlərin keçmişdə qalmadığına dair həyəcan siqnalı olduğunu vurğulayan Şuster, Saksoniya əyalətindəki bütün qaçqın yataqxanaları ətrafında polis patrullarının artırıldığını qeyd edib.

Mənbə: Haber Global

Share: