Almaniya NATO-nun Çevik Reaksiya Qüvvələri qrupuna rəhbərlik edəcək

Yanvarın 1-dən etibarən Almaniya NATO-nun 11,5 min nəfərlik Çevik Reaksiya Qüvvələri qrupuna rəhbərlik edəcək.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Bazar günü (1 yanvar 2023-cü il) Almaniya NATO-nun ən yüksək hazırlıqlı hərbi hissəsinin komandanlığını öz üzərinə götürəcək. Bir neçə gün ərzində özünün minlərlə hərbçisini yerləşdirilmə üçün hazır vəziyyətə gətirəcək”, – deyə məlumatda qeyd edilir.

Mənbə: TASS

Share: