Aleyş Vidal “Barselona”dan ayrıldı

“Barselona” klubunun yarımmüdafiəçisi Aleyş Vidal “Sevilya”ya transfer edildi. Trend-in məlumatına görə, transferin məbləği 8,5 milyon avro və əlavə olaraq bonus qismində 2 milyon avro təşkil edib.

Yeni müqavilə 4 illik müddətə imzalanıb.

Xatırladaq ki, futbolçu daha əvvəl “Sevilya”da 2014/15 mövsümündə çıxış edib.

Müstəqil.Az

Share: