Ağır atletikanın əfsanəsi dünyasını dəyişdi

Müstəqil.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ağır atletikanın ən titullu  idmançısı, üç qat Olimpiya və 7 qat dünya cempionu 50 yaşında qəfil vəfat etdi. Xəstəxanada vəziyyəti anidən pisləşən və qara ciddi ciyərində problemlər olan idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bolqarıstanda doğulan və 1986-cı ildə Türkiyəyə qaçan Naim Şalamanov, sonradan soyadını dəyişmiş və Türkiyə bayrağı altında çıxış etməyə başlamışdı. Buna nail olmaq üçün Türkiyə ağır atletika fedetasiyası bolqar həmkarlarına 1 milyon dollar ödəməyə məcbur olmuşdu. Cəmi 147 sm boyu olan Naim öz çəkisindən üç dəfə(!) çox çəki qaldıra bilən nadir atletlərdən idi.

Allah rəhmət eləsin!

Müstəqil.Az

Share: