Ağ Evdə atəş açıldı: ölən var – Tramp haradadır?

Ağ Evdə bir nəfər özünü odlu silahla vuraraq intihar edib.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bu barədə Ağ Evdə hadisə zamanı olan jurnalist Rebeka Rodrigez şəxsi Tvitter hesabında yazıb.

“İndi birinin vurulduğunu gördüm”,- deyə o qeyd edib.

Hadisə ilə əlaqədar prezident sarayında həyəcan siqnalı verilib. ABŞ Prezidenti Donald Trampın sarayda olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, Ağ Evdə həyəcan siqnalı verilərkən hər kəs olduğu yerdə qalmalı, bütün giriş-çıxışlar müvəqqəti olaraq bağlanmalıdır.

Müstəqil.Az

Share: