ABŞ senatoru: “SSRİ kimi dəhşətli sona doğru gedirik”

ABŞ-ın günü-gündən artan hərbi xərcləri sonda sistemin çökməsinə və Sovet İttifaqının son günlərindəki kimi yanıb kül olmasına gətirib çıxaracaq.

Müstəqil.Az xəbər verir ki, bunu “Russia Today” telekanalına açıqlamasında ABŞ-da sabiq prezidentliyə namizəd, eks-senator Ron Paul deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın iqtisadi bilikləri bu dəhşətli sondan qaçmağa imkan verməyəcək:
“Sovet sistemindəki kimi ani və dəhşətli sona doğru irəliləyirik. O zaman sovetlərdən bir neçə dövlət ayrılmışdı. Bizim ştatlarımız ayrılmayacaq, amma dünyadakı imperatorluğumuzun sonu çatacaq.

Son günlər ABŞ-ı və digər ölkələrdəki nüfuzumuzu ayaqda saxlamaq üçün külli miqdarda pul xərcləyirik. Silah gücünə bəzi ölkələrə sanksiya tətbiq etdiririk. Bu isə sonumuzun çatması deməkdir”.

Müstəqil.Az

Share: