ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Bürosu (OFAC) məlumat yayıb.

Bildirilib ki, İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə ABŞ 3 iranlı məmuru sanksiya siyahısına daxil edib.

“Son zamanlar kürd bölgələrindəki etirazları yatırmağa çalışan üç iranlı təhlükəsizlik işçisi sanksiya siyahısına salınıb”, deyə büro bildirib.

Qeyd edək ki, İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edərkən, İran təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdə davam edir.

 


Share: