ABŞ-də gizli sənəd qalmaqalı: Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər

ABŞ Prezidenti Co Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər.

Vitse-prezident olduğu vaxtlardan qalan və indi ofisində tapılan məxfi sənədlərə görə ona qarşı ittiham irəli sürülə bilər.

Bu barədə “Fox News” telekanalının hüquq məsləhətçisi Qreqq Carrett məlumat verib.

O, hazırkı Amerika lideri ilə ötən il oxşar vəziyyətə düşmüş sələfi Donald Trampı müqayisə edib. “Bu halda Bayden daha çox cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki Trampın sənədləri məxfilikdən çıxarmaq imkanı var idi. Bayden isə vitse-prezidentliyi dövründə sənədləri məxfilikdən çıxarmaq səlahiyyətinə malik olmadan qəbul edib”, – deyə Carrett bildirib.

O qeyd edib ki, Ağ Ev bu günə qədər Baydenin ofisində məxfi sənədlərinin aşkarlanmasına dair hər hansı münasibət bildirməyib.

Hüquq məsləhətçisi həmçinin vurğulayıb ki, məxfi sənədlərin icazə verilməyən yerdə saxlanması ABŞ-də cinayət hesab olunur.

Mənbə: TASS

Share: