Birinci sinfə qəbul imtahanı ləğv edilə bilərmi?

Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə media üçün keçirdiyi brifinqdə açıqlama verib.

Nazir qeyd edib ki, birinci sinfə şagird götürəndə onu imtahan etmək düzgün deyil:

“Amma elə məktəblər var ki, orada 200 yer var, ancaq 600 şagird oxumaq istəyir. Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var”.

Emin Əmrullayev əlavə edib ki, bütün məktəblərdə bu mexanizm tətbiq olunmur:

“Ölkə üzrə Azərbaycan bölməsinə birinci sinfə şagird qəbulu imtahansızdır”.

İlhamə Əbülfət

 

Share: