Moskvada yataqxana yandı, 8 nəfər öldü

Rusiyada yataqxanada baş verən yanğın 8 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvanın cənubundakı Alma-Atinskaya küçəsində qeydə alınıb.

Məlumata görə, həmin ünvanda yerləşən yataqxananın sakinlərinin xilas edilməsinə pəncərə barmaqlıqları imkan verməyib. Bu səbəbdən 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.


Share: