Yunus Oğuzun “Cığır” ı oxucunu 270 ilin öncəsi və bu günkü Şuşaya aparır

Yazıçı-publisist Yunus Oğuzun “Cığır” romanı çapdan çıxıb.

Müstəqil.Az Olaylar.az -a istinad edərək xəbər verir ki, roman Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir.

Xatırlatmaq yerinə düşər ki, roman hələ kitab halında dərc olunmazdan qabaq hissə-hissə oxuculara təqdim edilmişdir. Belə ki, yenicə işıq üzü görən  kitabın ilk səhifələrində Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz fikirlərini bildiriblər.

Müstəqil.Az

Share: