“Əgər Allah istəyir ki, mən yenidən hamilə qalım, qoy belə də olsun…”

“Ailənin 6 oğlu və 10 qızı var, daha 4 oğlan arzusundadır…”

Prinsipial olaraq qoruyucudan istifadə etməyən 40 yaşlı qadın 17-ci dəfə hamilə qalıb…
ABŞ-da 17-ci dəfə hamilə qalan qadın 20 uşaq arzusunu dilə gətirib…
ABŞ-ın Şimali Karolina ştatından olan 40 yaşlı Petti Ernandes 17-ci dəfə hamilə qalaraq yuvarlaq olması üçün 20 uşaq barədə arzusunu ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.
Qadın 14 il ərzində uşaq dünyaya gətirir, prinsipial olaraq qoruyuculardan istifadə etmir.
“Əgər Allah istəyir ki, mən yenidən hamilə qalım, qoy belə də olsun”, – çoxuşaqlı ana deyib.
Ernandes və 39 yaşlı əri Karlosun ailəsində 16 uşaq var, onlardan 6-sı oğlan və 10-u qızdır.
Cütlük uşaqların adları üçün ailə başçısının şərəfinə “K” hərfi ilə başlayan ad seçir.
Hazırda Ernandes yenidən hamilədir və tezliklə ailədə daha bir oğlan uşağı olacaq. Qadın etiraf edib ki, 20 uşaq istəyir.
“Biz daha üç oğlan istəyirik ki, oğullarımızla qızlarımızın sayı bərabər olsun”, – qadın arzusunu ifadə edib.
16 uşağı saxlamaq üçün xeyli vəsait sərf edilir.
Cütlük həftədə əsasən məktəb yeməklərinə 900 dollar xərcləyir. Lakin Ernandes pula görə narahat deyil.
“Bizim özümüzün klininq şirkətimiz var və məhz bununla uşaqlarımızı təmin edirik”, – qadın deyib.

 

 

Share: