Çindən Rusiyaya böyük şok

Çin Ukrayna müharibəsini dəstəkləmək üçün Rusiyaya silah göndərməyəcək.

Müstəqil.Az Buta.ws-ə istinad edərək  xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Qin Qanq deyib.

O, böhrana son qoymaq üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, cümə günü ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Cinpinə xəbərdarlıq edərək Pekinin Moskvaya maddi dəstək verəcəyi təqdirdə nəticələrinin olacağını bildirib.

Müstəqil.Az

Share: