“Putin Ukraynada heç vaxt və heç vaxt qalib gəlməyəcək…”

ABŞ prezidenti Cozef Bayden ölkəsinin Rusiya təcavüzünə qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini deyib. Və bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada “heç vaxt və heç vaxt” qalib gəlməyəcək.

“Ukrayna heç vaxt Putin üçün qələbə ilə başa çatmayacaq”, – ABŞ prezidenti Ağ evdə Kolumbiya prezidenti İvan Dukla danışıqlardan əvvəl bəyan edib.

“Mən hesab edirəm ki, Birləşmiş Ştatlar və bütün dünya xalqları öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməkdə davam edəcək”, – Bayden deyib. ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə dəstək çərçivəsində artıq 1 milyard dollar ayırıb.

 

“Və müdafiə təyinatlı yeni təchizat ora elə indi də göndərilməkdədir”, – ABŞ prezidenti deyib. Bayden əlavə edib ki, Birləşmiş Ştatların tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanın iqtisadiyyatını dağıdır və rubl artıq öz dəyərini iki dəfəyə yaxın itirib.

Bayden habelə Kolumbiyaya  ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusu təqdim ediləcəyini deyib. “İndi mən bunu elan etməkdən şadam ki, Kolumbiya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqinə çevrilir”, – Bayden Dukla görüşündə deyib.

Share: