Qaribaşvili Gürcüstanın Aİ-yə üzvlük ərizəni imzaladı

Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə hazırlayır.

“Sputnik Gürcüstan” xəbər verir ki, ölkənin baş naziri İrakli Qaribaşvili sözügedən ərizəni imzalayıb.

Qaribaşvili bu barədə ölkə vətəndaşlarına xüsusi müraciətində məlumat verib: “Bu gün Gürcüstan üçün tarixi gündür. Ölkə adından Avropa İttifaqına üzvlük üçün ərizəni imzalayıram”.

Qeyd edək ki, Gürcüstan bu ərizəni 2024-cü ildə vermək istəyirdi, lakin ölkə rəhbərliyi Ukraynadakı hadisələrə görə bu prosesi sürətləndirmək qərarına gəlib.

Müstəqil.Az

Share: