Bəylə gəlin toydaca boşandılar

İraqda qəribə hadisə yaşanıb.

Müstəqil.Az  xəbər verir ki, bəy və gəlin lə toydaca boşanmağa qərar veriblər.

Belə ki, yerli mətbuatın məlumatına görə, paytaxt Bağdadda gerçəkləşən toy məclisində səsləndirilən musiqi gəlinlə bəyin ailələri arasında çaxnaşma yaradıb.

Gəlin tərəfindən seçilərək musiqi qrupuna təqdim edilən ifada bəyi alçaldan sözlərdən istifadə edildiyi iddia olunub. “Mısaytıra” adlı mahnının etirazlara rəğmən, səsləndirilməsi ailələr arasında mübahisəyə səbəb olub. Ardınca cütlük toyu ləğv edib və boşanma qərarı alıblar.

 

Müstəqil.Az

Share: