Silahlı qruplar Nazarbayev küçəsində nəzarəti ələ keçirdi

20:31

Hazırda Almatıda Nazarbayev, Qoqol, Jibek Jolı, Kunayev küçələri silahlı qrupların nəzarəti altındadır.

“Sputnik Qazaxıstan” xəbər verir ki, tək-tək atışma səsləri eşidilir. Küçələr boşdur…

***

19:38

Qazaxıstanda iğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb.

Bu barədə Qazaxıstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qarşıdurmalar zamanı 353 nəfər yaralanıb.

Share: