Dənizçilər üçün “Qapalı məkanlara giriş”…

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, statistikanı əsas götürərək dənizçilik sahəsində elektron tədrislə məşğul olan “OneLearn Global” şirkəti “Qapalı məkanlara giriş” adlı təlim hazırlayıb.

Təlimi hazırlayanların dediyinə görə, yeni proqram qapalı məkanlarda, aşağı səviyyəli oksigen şəraitində, partlayıcı qazlar və başqa risklər olan yerlərdə dənizçilərin həyatını xilas edə biləcək.

“OneLearn Global” şirkətinin böyük məsləhətçisinin sözlərinə görə, bu sahədə maariflənmənin az olması bağlı məkanlarda çalışan dənizçilər üçün nəinki ciddi  zərərlərə, hətta ölümcül nəticələrə gətirib çıxara bilər.

Yeni təlim kursu qapalı məkana daxil olmamışdan əvvəl dənizçinin görməli olduğu tədbirləri özündə ehtiva edir.

Kursun məqsədi aşağıdakılardır:

– heyət üzvlərinə gəminin qapalı məkanlarını düzgün aşkar etməyi öyrətmək

– baş verə biləcək riskləri anlamaq və girişdən əvvəl bu risklərin qiymətləndirilməsi prosedurunu tətbiq etmək

– bağlı məkana daxil olma prosedurunda iştirak edən bütün şəxslərin vəzifələrini və məsuliyyətini müəyyənləşdirmək

– təhlükəsiz çıxışa olan tələbər və dənizçinin qapalı məkandan xilas olunması ilə bağlı tövsiyələr

Müstəqil.Az

Share: