Bürclər – 3 noyabr

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – fəaliyyətinizi təhlil edin, cari məsələlərin həllinə ciddi yanaşın. Səhər saatlarından etibarən aktiv olun, yarımçıq işləri tamamlayın.

Kollektiv fəaliyyət, fiziki iş və verilmiş vədlərin yerinə yetirilməsi üçün uğurlu gündür. İstirahət və əyləncəni hələlik təxirə salın.

Ayın sonunadək görüləsi işlərin təxmini, ehtimal planını hazırlayın. Daha sərfəli sifarişlə bağlı təklifləri nəzərdən keçirin, ilkin mərhələdə atılacaq addımları konkretləşdirin, gərəkli materialları alın.

Sevdiyiniz insanların qayğısına qalın. Lakin onların yaşamına sərt müdaxilə etməyin. Güzəştə getməyi bacarın.

Axşam saatlarında şəxsi planların reallaşdırılması üçün daha çox imkanlar əldə etməyə çalışın.

Buğa – informasiyanın sayı artır. Ünsiyyət fərqli və müxtəlif olacaq. Bütün bunlar sizi yora bilər. Usanmayın, səbr kasanızın daşmasına imkan verməyin. Şəxsi həyatınız və maraqlarınıza müdaxiləyə imkan verməmək üçün müdafiə sistemi yaradın.

İnternetdəki əlaqələr və ünsiyyət faydalı ola bilər.

Günün ikinci yarısında şəxsi münasibətlərdə fikir müxtəlifliyi, toqquşmalar yarana bilər. Öhdəliklərin bölüşməsi və fəaliyyət azadlığı ilə bağlı sərt mübahisə istisna deyil.
İşlə maraqlana bilərsiniz.

Əkizlər – çətin gündür. Sizin və ya ailə üzvlərinizdən birinin səhhətində problem yaranması istisna deyil. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər ola bilər. Yeni işə sakit yanaşın. Gün ərzində yaşanacaq hadisələri filosof soyuqqanlılığı ilə qarşılayın.

Günün ikinci yarısında müşahidə olunacaq situasiyalardan biri dərin və təfərrüatlı sirayəti tələb edir. İmkan olan yerlərin hamısında qayda yaradın, uyğunsuzluqları nizamlayın. Hadisələr istiqamətini və emosional məzmununu dəyişə bilər. Mühüm işlərin siyahısı əvvəlki təki qalır.

Sizi çoxsaylı xəbərlər gözləyir. Daha çox məlumat aramağa çalışın.

Peşəkar durumunuz və perspektivlər barədə düşünmək üçün yaxşı gündür.

Xərçəng – gün hadisələr və xəbərlərlə zəngindir. Bəzi məqamlara və olaylara sadə baxın, amma hadisələrin əsas süjet xəttini nəzarətdə saxlayın. Dərhal yerinə yetirilməsi mümkün işləri təxirə salmayın. Çünki unudulan və ya arxa plana düşən işlərin uzun müddət yarımçıq qalma ehtimalları var.

Bəzi hadisələri və nəsnələri ətrafınızdakı insanlarla müqayisədə daha tez hiss edirsiniz. Bu minvalla əldə etdiyiniz üstünlükləri anlamaq imkanına yiyələnəcəksiniz. Görüşlər, söhbətlərin mövzuları təsadüfi deyil. Görüş üçün səbəb qəfil ola bilər. Ünsiyyət isə sizi xoş gərginlikdə saxlayacaq. Ümumi planların məcrasında münasibətlərin bərpası üçün yaxşı vaxtdır.

Şir – yük və görüləsi işlərin sayı artır. Yeni planlar var, layhə sizi ruhlandırır. Lakin hansısa məqam sizi geri çəkir, reallaşmayacaq arzular və ümidlərə baxmağa vadar edir. Sizi pərişan edəcək informasiyanın alınması, harasa yollanaraq problemi yoluna qoymaq, kiməsə dayaq olmaq, mürəkkəb situasiyanı çözmək ehtiyacı yaranır.

Başqalarının problemlərinin çözülməsi ilə məşğul olmaqla öz bədbin fikirlərinizdən qurtula bilməzsiniz.

Səhhətinizə fikir verin.

Ev işləri, fiziki təmrinlər, açıq havada gəzintini unutmayın.

Qız – sakit çalışın, fikrinizi yayındırmayın. Həftə ərzində ən çox iş görüləsi gündür. Ünsiyyət dairənizi məhdudlaşdırın, söhbətlərə çox vaxt ayırmayın. Yarımçıq qoyduğunuz işi sizə xatırladacaqlar.

Sifarişçi və ya işdə rəhbərliklə danışıqdan sonra işlərin sayı arta bilər. Daxili tarazlığı qoruyun. Ünsiyyəti təxirə salaraq diqqəti işə yönəldin.

Yaxınlarınız sizin həddən artıq çalışdığınızı deyərək şikayətlənə bilərlər. Onlar problem və planlarını sizinlə bölüşmək istəyirlər.

Qarşınıza dəqiq məqsədlər qoyaraq qətiyyətlə irəliləsəniz və fikrinizi mənasız məqamlara dağıtmasanız gün məhsuldar olacaq.

Tərəzi – uğurlu gündur. Amma enerjini tarazlayın. Hansısa mövzunun sizin bitkin mövqeyinizdən üstün mövqe tutmasına imkan verməyin. Enerjinin bir istiqamətə yönəlməsi yaşamın digər mühüm aspektlərini müdafiəsiz qoya bilər. Belədə mütləq problemlər aşkarlanacaq. Həmkarlarınız və yaxınlarınız sizdən narazı qala bilərlər.

Günün ikinci yarısında hadisələr dinamik, yüksək dinamik səviyyədə inkişaf edəcəklər. Boş söhbətlərə, mənasız müzakirələrə qatılmayın. İstirahət adı ilə işdən yayınmayın.

Ünsiyyət çevrənizi elə seçin ki, özünüzü rahat hiss edə biləsiniz, gərgin olmayasınız. Şəxsi təşəbbüsünüzdən asılı olmayaraq karyeranıza, işgüzar və tərəfdaş münasibətlərinizə təsir edə biləcək hadisələr baş verə bilər.

Əqrəb – inkişaf etməkdə olan mövzunu anlamaq üçün müşahidəni gücləndirin. Münaqişələrin qarşısını alın, maraqlarınızın təhlükəsizliyinin təminatı yollarını arayın.

İmkanlar artır. İşlərdə irəliləyişə nail olun. İstirahət və əyləncəni bir müddət təxirə salmaq olar.

İşgüzar maraqlarla şəxsi həyatı, səhhətə diqqətlə ünsiyyəti uzlaşdırın.

Aktiv hərəkətlərə istəyinizi nəzarət altında saxlayın. İşlər istədiyiniz kimi olmazsa, qapını çırpıb getməyin. Huşyar və sayıq olun, şərtləri dürüst qiymətldəndirin. Mümkün qədər çox yeni informasiya almağa çalışın.

Gün bol hisslər və uğur vəd edir.

Oxatan – tələblərinizi təmin etmək üçün maliyyə imkanlarınız yetərli deyil. Müvəqqəti, amma güclü hiss özünüzə verdiyiniz dəyərə təsir edə bilər.

Aktiv olun, amma hiperaktivlik etməyin. Genişmiqyaslı fəaliyyət üçün yetərli areal yoxdur. Səylərinizi imicin korreksiyasına da yönəltməyi unutmayın.

İntuisiyanıza qulaq asın. Müdaxilənizin qaçılmaz olduğu mövzu ilə yanaşı, unutmağınızın gərəkdiyi məsələ var.

İşlərin bir qismini təxirə salaraq daha vacib məsələ ilə məşğul olmaq zərurəti ilə qarşılaşa bilərsiniz.

Romantik münasibətlərdə yüksəliş olsa da, soyuqqanlı davranın.

Günün ikinci yarısında gərəkli vaxtda gərəkli yerdə olmalısınız.

Oğlaq – yarımçıq qalmış işi başa vurun. Yeni qüvvə, ideya və dəstəklə qayıtdığınız iş ən yaxşı nəticəni verəcək. Son vaxtlara qədər sürətlə irəliləyən iş dayanmasın deyə zəif “bənd”i tapın, onu normal hala gətirin. Bəzi hallarda qəti qərar verin, bəzi situasiyalarda isə niyyətinizdən əl çəkin. Vidalaşma və sağollaşma üçün əlverişli gün deyil.

Asılılıqdan qurtulun, pəhriz seçin, orqanizmin qeydinə qalın. Yaxın ətrafınızdakı insanlar sizdən müdriklik və səbr gözləyir.

Şəxsi münasibətlərinizə rəğbət və sınanmış əlaqələrlə təkan verin.

Dolça – yaxın gələcəklə bağlı planlarınızı dəyişəəck hadisə baş verə bilər. Qəbul edilən qərar və ya verdiyiniz vəd sizi onları yerinə yetirməyə vadar edir. Günün ilk yarısındakı görüşlərin praktiki xeyri var.

Sizin üçün mühüm planı reallaşdırmağa çalışın, gərəkli instansiyalara baş çəkin, nəticə əldə edin.

Evdə fiziki işdən çəkinməyin. Belə işlər sizə stressdən qorunmağa, qurtulmağa və orqanizmi tonusda saxlamağa imkan verər.

Romantik maraqları bir qədər təxirə salın.

Poçtu yoxlayın. Dəyişikliklərə ehtiyac duyursunuzsa, yazışın. Fiziki formanızı bərpa etməyə tələsin. Zərərli vərdişdən əl çəkin.

Balıqlar – günün axarı ləngdir. Danışıqlar aparmaq, sövdələşmələrdə arzulanan nəticə əldə etmək çətindir. Danışdığınız insanlar məntiqlə yox, hisslər, emosiyalar və rəğbətə əsaslanaraq hərəkət edirlər. Emosiyalar həddən ziyadədir. Ətrafınızdakı insanlar hansısa impulsun təsirinə düşə bilərlər. Həmin proseslərin nəticələri isə nə sizə, nə də onlara gərək deyil.

Texnika ilə çalışanda ehtiyatlı olun. Məcburi olmayan səfər və ya səyahəti təxirə salın. Maliyyə məsələləri ilə bağlı qərarlar qəbul etməyin.

İşdə sizin üçün mühüm istiqamətdəki olayların inkişafında təhlükəli təmayüllər hiss etsəniz, hadisələri sürətləndirməyə tələsməyin.

Qəflətən yaranan imkanları dəyərləndirin. (Milli.Az)

Share: