Bürclər – 30 oktyabr

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə qələbənin xeyri də yoxdur.

Günün ikinci yarısında məişət problemləri ön plana çıxacaq. Rahatlığın və yaşam arealının komfortunun təminatı xərc tələb edəcək.

Məişət texnikasının təmiri ilə bağlı problemlər yarana bilər.

Buğa – bu gün ən kiçik səhvlər və yanlışlıqlar yaxın perspektikdə işlərinizə təsir edə bilər. Ona görə də ətrafınızda baş verən hadisələrə rəğmən soyuqqanlı və təmkinli qalın.

Mühüm görüşə yollanarkən zahiri görünüşünüzə fikir verin. İstənilən kiçik nöqsanlar həmsöhbətin, görüşdüyünüz insanın neqativ reaksiyasına səbəb ola bilər.

Həddən ziyadə dəqiq icra tələb edən işi təxirə salın. Belə iş çox vaxt və qüvvənizi tələb edir.

Səhhətinizə fikir verin. Çox problemi həll etmək məcburiyyətində qaldığınızdan daxili gərginlik yarana bilər.

Mənəvi diskomfortun öhdəsindən gəlmək çətin olsa da, ruhdan düşməyin.

Əkizlər – ünsiyyətə meylli olmaq və az tanıdığınız insanlarla təmaslar qurmaq bacarığı bu gün karınıza gələ bilər. İşgüzar təşəbbüslərdə ifrata varmayın. Həddən ziyadə inadkar olsanız, problemlər yarada bilərsiniz. İstənilən formada kommersiya fəaliyyətində hiperaktiv olmayın, şübhəli və riskli əməliyyatlara başlamayın.

Ciddi maliyyə itkiləri olmayacaq.

Köklü dəyişikliklərə və yerdəyişmələrə səbəb ola biləcək təkliflər verməyin, emosional qərarlar qəbul etməyin. İşdə və ailədə soyuqqanlı, diqqətli davranın.

Xərçəng – çoxdan bəri reallaşdırmağa çalışdırdığınız plan və ya niyyətinizi həyata keçirməyin vaxtı çatıb. Yaşamınızın bir sıra sahələrində müsbət yeniliklərin təməlini qoyacaq nailiyyətlər əldə etmək şansı var.

Enerjiniz çoxdur. Spontan qərarlar verib düşünülməmiş, izahı çətin addımlar atmaqla ətrafınızdakı insanları təəccübləndirməyin. Yaxınlarınıza və tanışlarınıza nümunə olun.

Lider məziyyətlərinizi nümayiş etdirin, həmfikirlərinizi ətrafınızda birləşdirin və şübhələnənləri arxanızca aparın. Fikir və planlarınızı bəyənməyənlərlə ümumi dil tapın. Yaxınlarınızla münasibətləri möhkəmləndirin. Açıq söhbət və səmimiyyət üçün uğurlu gündür.

Şir – problemlər və çətinliklərlə qarşılaşmamağın ən rahat yolu bu gün aktivliyinizi bir qədər azaltmaqdır. Lakin süstlük və tənbəllik yolverilməzdir. Çox iş görməyə çalışsanız onların heç birində uğur əldə etməyəcəksiniz.

Mövqeyinizi və fikirlərinizi bölüşməyən insanların nəzərində populyar olmağa, əlverişsiz şəraitdə lider məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın.

Başqalarının səhvlərinə görə məsuliyyət daşımalı olacaqsınız. Narahat olmayın, belə situasiya sizə fadyalı təcrübə əldə etməyə imkan verəcək. Vaxtınızı mübahisələrə sərf etməyin. Mövqeyinizin ədalətli olduğunu az sonra ətrafınızdakı insanlar anlayacaqlar.

Qız – qarşınıza qoyduğunuz məqsədə çatmaq və ya vəd etdiyiniz işi başa vurmaq üçün ən yaxşı gün deyil. Şəxsi işlərinizdə qayda yaradın, məişət problemlərinizi çözün. Kommersiya fəaliyyətində əhəmiyyətli uğur gözləməyə dəyməz. Sövdələşmə, anlaşma və ya vədələşmələr gözlədiyinizdən az gəlir verəcək.

Yaxınlarınızın istək və gözləntilərinə diqqətlə yanaşın. Qəsdən, bilərəkdən olmasa da, sizə dəyərli insanların xətrinə dəyə bilərsiniz. Xoşagəlməz sürprizlər ailə üzvlərinin “hədiyyə”si ola bilər. Amma onlarla ünsiyyətə normal vaxt ayırsanız, problemlərin qarşısını ala bilərsiniz.

Axşam saatlarına yaxın yorğunluq özünü büruzə verəcək.

Səhhətinizin qeydinə qalın.

Tərəzi – uğurlu və düşərli gündür. Çoxdan bəri mövcud olan problemləri və mübahisəli məsələləri həll etmək, işdəki proseslərdə uğura nail olmaq, nüfuzlu müttəfiq və ya hami tapmaq mümkündür. Yaşam potensialının səviyyəsi yüksək olduğundan istənilən işin öhdəsindən izafi çətinlik çəkmədən gələ biləcəksiniz.

Diqqətli, sayıq, fəndgir olun. Maraqlarınızı qurban verməyin.

İdeya və planlarınızın bir qismindən bəhs edərək tanışlarınızla iş yoldaşlarınızı da prosesə dəvət edə bilərsiniz. Yeni yaranan münasibətləri qorumağa çalışın.

Düşünülməmiş addım və ya emosional çıxış qalmaqalla başa çata bilər. Buna yol verməyin.

Çətin anda sizə dəstək ola biləcək dost qazanmağa can atın.

Əqrəb – hadisələrin mərkəzində olmayın, ciddi və genişmiqyaslı işə başlamayın. Çətin gündür. Aktiv çalışmaq asan deyil. Rutin və yetərincə cansıxıcı işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. Bundan başqa, başqalarının buraxdıqları səhvlərin nəticələrini aradan qaldırmaq zərurəti də var.

İşdə problemlər bədxahların fəaliyyəti nəticəsində yarana bilər. Onlar sizinlə açıq mübarizəyə başlamaqdan qorxduqları üçün intriqalara əl atırlar.

Ailə münasibətlərində çətinliklər yarana bilər. Problemləri sürətlə, dərhal həll edin. Sevdiyiniz insanlar bunu dəyərləndirəcəklər.

Oxatan – maraqlı, cazibədar gündür. Hər şey gözlədiyiniz kimi getmir və nə qədər paradoksal olsa da, bundan xoşlanırsınız. Qəfil uğur, tamamilə yeni fəaliyyət sahəsi və ya müstəvisində irəliləyin, işgüzar danışıqlarda nailiyyət ola bilər. Ümidinizi itirdiyiniz işdə yeni perspektivlər yaranır.

Əsas məsələ odur ki, tələsməyəsiniz. Təbii, işlərin çoxunun asanlıqla alınması pis deyil. Amma başqalarının emosiyaları və hisslərinə gəldikdə çox diqqətli və həssas olmalısınız. Əks təqdirdə sevdiyiniz insan zərər çəkə bilər.

Oğlaq – ciddi maliyyə problemləri yarana bilər. Bədxərc olmayın, pulları efemer məqsədlərə və mənasız işlərə xərcləməyin. Ailə büdcəsi və ya işdə sifariş üçün alınmış pulları təkbaşına nəzarət altında saxlamayın. Kapitalın yığılmasında iştirak etmiş hər kəsin maraqlarını nəzərə almağa çalışın. İri sövdələşmələr imzalamaq, daşınmaz əmlak almaq məsləhət deyil.

Günün ikinci yarısı əlverişlidir. Cari işlərdə uğurlara nail olur, şəxsi problemlərinizi asanlıqla və rahatlıqla həll edirsiniz. Qəfil romantik etiraf və ya sizdə rəğbət oyadacaq insanla görüş istisna deyil.

Dolça – yaşam potensialının səviyyəsi çox yüksəkdir. Qüvvə və gücünüzdən məntiqli şəkildə istifadə edin. Əməyinizin bəhrələrinin, sadəcə, nəticə olmasına çalışmayın: səylərinizdən ətrafınızdakı insanlarla yanaşı, özünüz də bəhrələnməlisiniz. İşdə münaqişələrə qatılmayın, rəqiblər və paxılların hücumlarına sakit yanaşın. Yeni düşmən qazanmayın. İndiki bədxahlar sizə yetər.

Şəxsi münasibətlər üçün əla gündür. Ciddi romantik münasibətlərin başlanacağına ümid etməyin. Axı belə münasibətə əsla ehtiyacınız yoxdur.

Balıqlar – hər uğursuzluğu fəlakət saymağa başlasanız, gününüz çox pis olacaq. Təlaşa düşməyin, çünki problemlər və çətinlikləri göründükləri təki böyük, ağır və müşkül deyillər. Bunu anlasanız, durum bir neçə saatın ərzində yaxşılığa doğru dəyişəcək.

Səyahət, səfər, köç, əsaslı təmirə başlamaq üçün uğurlu gündür. Əgər bütün bunlar sizi maraqlandırmırsa, onda yaşamınızda pozitiv dəyişikliklər edin. Məsələn, zərərli vərdişdən əl çəkin, idmanla məşğul olun.

Milli.Az

Share: