Miyankü-Kübin yoluna nəinki asfalt çəkilib, heç çınqqıl da tökülməyib

və yaxud

“AZƏRAVTOYOL” prezidentə yanlış məlumat verir

 
Ölkəmiz günü-gündən inkişaf edir, insanların rifah halının yaxşılaşdırılması üçün vacib addımlar atılır. Dövlət də vətəndaşların rahatlığı üçün lazimi tədbirlər görür. Ən ucqar dağ kəndlərinə belə asfalt yollar çəkilir. Sakinlərin gediş-gəlişinin yaxşılaşdırmaq üçün səxavətlə vəsait ayırır. Çox təəssüflər olsun ki, ayrılan vəsait istiqaməti üzrə xərclənmir. Üzdəniraq məmurlar dövlətin ayırdığı vəsaitin çox hissəsini mənimsəyib, öhdəlikdə olan işi yarımçıq saxlayırlar. Bu da xalqla dövlət arasında uçurum yaradır.
Açıklama yok.
Möhtərəm prezident İlham Əliyevin 23 iyul 2018-ci il tarixli sərəncamı ilə Masallı rayonun bir sıra kəndlərini birləşdirən yolu asfaltlamaqdan ötrü 7,5 milyon manat vəsait ayırmışdır. 18 sentyabr 2018-ci ildə yolların açılışında özü də iştirak etmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, möhtərəm prezidentə yanlış məlumat verərək yolların tam asfaltlanmağı bildirildi. Halbuki Miyankü-Kubin yoluna nəinki asfalt döşəndi, heç çınqıl da tökülmədi. Açılışdan sonra yekünlaşdırmağı desələr də iş yarımçıq qaldı. Əlaqədar təşkilatlar isə prezidentin açılşından sonra o sahəni tam “yaddan çıxartdılar”. Vətəndaşların bu haqda haqlı tələbləri bu günə kimi qulaqardına vurulur.
Cavabdeh şəxslər prezidentin fərmanınının tam icra olduğunu desələr də fakt faktlığında qalır. Şəkillərdə də göründüyü kimi Miyankü-Kübin yolunda ümumiyyətlə heç bir iş görülməyib. Minlərlə əhalisi olan kənd sakinləri dövlətin qayğısından yarıtmaz təşkilatların biganəliyindən yararlana bilmirlər. “AZƏRAVTOYOL”dansa çəkilməyən yolun çəkildiyini iddia edirlər. Belə ki, “Araz” radiosunun “Qəbul vaxtı” verlişinin qonağı olan “AZƏRAVTOYOL”un sözçüsü Anar Nəcəfli kənd sakininin ünvanladığı suala “Biz kəndlərarası yolu çəkirik, kəndarası yolu yox” deyib. Anar bəy Miyankü-Kübin yolunun kəndarası deyil, kəndlərarası olduğunu ya bilmir, ya da bilmək istəmir. Sakinlər çəkilmiş yolun harda olması barədə onlardan cavab gözləyir. Onların çəkilib dedidikləri Müyankü-Kübin yolu hardadır ki, vətəndaşlar tapa bilmir?
Açıklama yok.
Yağmurlu günlər başlayıb. Kənd yolunun bərbad vəziyyətdə olması sakinlər üçün nə boyda problem yaratdığını anlamaq çətin deyil. Axı, dövlətin ayırdığı vəsaitin iki-üç yaratmazın mənimsədiyinə görə niyə bütün kənd əziyyət çəkməlidi?
Açıklama yok.
…Prezident etimad göstərir, vəsait ayırır, etibar edir. Məmursa nəinki sakinləri, hətta prezidenti də aldadır. Bu da dövlətlə xalq arasında inamsızlıq yaradır.
Özünüzə gəlin, ay səlahiyyət sahibləri. Sizdən də hesab sorulacaq gün uzaqda deyil.
 
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvi, Prezident təqaüdçüsü.
 
P. S. Sakinlər məsələnin tezliklə həllini tapmadığı təqdirdə Prezident aparatının qarşısında piket keçirəcəklərini deyirlər.
 
P. S. S. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Şərafəddin
Şərafəddin Ilkin
Share: