İkinci Qarabağ savaşı şəhidi yad edildi…

Bu gün İkinci Qarabağ savaşı şəhidi Elşən Aslanovun doğum günüdür. O, 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində anadan olub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı orta məktəbdə alıb. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanıb. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

“Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün VHP Qaradağ rayon təşkilatının və Qızıldaş qəsəbə özək təşkilatının üzvləri şəhid Elşən Aslanovun məzarını ziyarət ediblər.
VHP Qaradağ Rayon Təşkilatının Məclis üzvü, Qizildaş Bələdiyyəsinin üzvü Seymur Əsədli, VHP Qızıldaş qəsəbə özək təşkilatının sədri Anar Polad şəhid Elşən Aslanovun şücaətindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, Vətən Müharibəsi başlanan kimi Elşən könüllü döyüşə yola düşüb.
Onun Vətənə, elinə, obasına məhəbbəti hər zaman diqqət çəkib. Amma Elşən Vətən məhəbbətini gerçək həyatında da sübut etdi. Tədbirə toplaşanlar bütün Şəhidlərimizin, o cümlədən Elşən Aslanovun xatirəsinin daim uca tutulacağını bildirib.
Müstəqil.Az
Share: