Ddələduzlar dənizçinin bütün pulunu əlindən aldı

Necə? Necəsini bir qədər ətraflı danışırıq ki, siz də dələduzların toruna düşməyəsiniz.

Səhər tezdən (fırıldaqçıların tez-tez etdiyi kimi, “müştəri” yuxulu olduğu vaxtda) 45 yaşındakı bir dənizçiyə bir qız zəng edərək özünü bank işçisi kimi təqdim edib. Nömrəni onlayn tətbiqetməyə keçid olaraq dəyişdirmək üçün müraciət edib-etmədiyi ilə maraqlanıb. Dənizçi təəccüblənib və mənfi cavab verib, onda naməlum şəxs ona fırıldaqçıların qurbanı olduğunu və “tədbir görməyin” vacibliyini söyləyib.

Bir müddət keçəndən sonra guya, başqa bir “bank işçisi” dənizçi ilə əlaqə saxlayıb və belə hallarda pulunu oğurluqdan necə qorumaqla bağlı onu təlimatlandırıb.  Artıq adını və atasının adını bildiyi dənizçidən hesab nömrəsi və balansı olan bir ekran görüntüsü göndərməsini istəyib. Böyük bir məbləğ görən fırıldaqçılar “Whatsapp”-da dənizçiyə davamlı zəng etməyə və təlimat verməyə başlayıblar.

İnandırıcı olmaq üçün dələduzlar adama “istintaq araşdırmasında” iştirak etdiyini və “təhlükəsizlik mütəxəssisləri”nin istəklərini yerinə yetirməli olduğunu bildirən bank detalları və simvolları olan saxta sənədlərin skanlarını göndəriblər. Dənizçiyə bütün pulları nağdlaşdırıb “təhlükəsiz hesablara” köçürməyi tapşırıblar. Ona bu yolla “müştəri məlumat bazalarını fırıldaqçılara sızdıran” vicdansız işçiləri tapacaqlarını söyləyiblər.

Həmçinin, qurbana əvvəlki həmsöhbətlərinin etimadnaməsini təsdiq edən yalançı polisdən zəng gəlib.

Dənizçi deyir:”Mənə Whatsapp”-da möhürlə təsdiq edilmiş sənədləri göndərdilər. Bu sənədləri oxudum. Və düzünü desəm, düşündüm ki, bəlkə doğrudur? Hesabımda ciddi məbləğ var idi. Onların göstərişi ilə dediklərini etməyə başladım. Bütün məbləği geri çəkdim. Cəmi 39 min 600 dollar … Bir hesaba birdən ödəməyin mümkün olmadığını izah etdilər. Kartlara göndərməyi tapşırdılar.”

Dənizçi bütün gün ərzində bank şöbələrinə gedərək, üç ildə yığdığı valyuta hesabını nağdlaşdırıb. Bu zaman “Moskvadan olan bir mütəxəssis” onunla əlaqə saxlayaraq hərəkətlərini istiqamətləndirib. O, “istintaq araşdırması” haqqında heç kimə heç nə deməməyi, əks halda “sirri yayma” ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Ticarət mərkəzində dənizçi bütün pullarını ona yazılan telefon nömrələrinə köçürüb. Ümumilikdə təxminən 40 min dollar itirib. “Dələduzların toruna” düşdüyünü və bütün pulunu itirdiyini anladıqdan sonra polis şöbəsinə üz tutub. Orada səfərdən bu yaxınlarda gəldiyini və fırıldaqçıların necə işlədiyindən xəbərsiz olduğunu söyləyib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzları axtarırlar.

Müstəqil.Az

Share: