Pəncşirdə gərginlik artır: 300-dən çox talibançı öldürüldü

Pəncşir əyalətində Talibanla müqavimət hərəkatı arasında toqquşmalar davam edir.

Müstəqil.Az xəbər verir ki, son toqquşmalar zamanı Talibanın 300-dən çox silahlı şəxsinin öldürüldüyü bildirilib.

“Ötən gün axşam saatlarında Taliban hərəkatının Pəncşirə girmək cəhdindən sonra başlayan toqquşmalar nəticəsində 300-dən çox silahlısı iki istiqamətdən öldürüldü. Bir neçə radikal ağır yaralanıb və ya əsir götürülüb”, – yayılan məlumatda qeyd olunub.

Bölgədə hazırda da döyüşlərin davam etdiyi bildirilib.

Müstəqil.Az 

Share: