Taliban əfqan müğənnini güllələdi

Taliban əfqan xalq mahnılarının ifaçısı müğənni Favad Andarabini öldürüb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə “Tayms Nou” telekanalı məlumat yayıb.

Məlumata görə, müğənnini Baqlandakı evindən çıxararaq güllələyiblər. Andarabinin oğlu atasının taliblər tərəfindən güllələndiyini təsdiq edib.

Bildirilir ki, müğənni öz mahnılarında Talibanın rəqiblərini dəstəkləyirdi.

Müstəqil.Az

Share: