Şahid oldum nə qədər gözəl qızlar var imiş…

Müstəqil.Az tanınmış Türkmənistan şairi Orazmurat MURATOV “Min yaşında” şeirini təqdim edir

 

Min yaşında…

 
Özümü min yaşında hiss edirəm nədənsə,
Bax o dağlar gözümün önündəcə qocalıb.
Gün dəyməyən bağların cır qaldığın bilirəm,
Bir də krallar, şahlar taxta necə ucalıb.
 
Sonra taxtı verdilər yeni varislərinə,
Bəzən məcbur oldular, bəzən elə könüllü.
Mən nə qədər dövlətin ittifaqını gördüm,
Sonda elə sürətlə dağıldı ki, hər biri.
 
Şahid oldum nə qədər gözəl qızlar var imiş,
Hər gün qoca qarıya dönmüş gördüm birini.
Deyən mənsiz fırlanır axı zamanın çarxı,
Ya da ki, çoxdan mənim yaşım keçibdi mini.
 
Azərbaycan dilinə tərcümə edən:
Təranə Turan Rəhimli
Share: