TƏBİBin fəaliyyəti dövlətin apardığı siyasəti əks etdirmir

TƏBİB əhalinin sağlamlığına nəzarəti gücləndirməkdən ötrü dövlət tərəfindən yaradılmış qurumdur. Lakin bu qurum yarandığı gündən səhiyyədə bir irəliləyiş edə bilibmi? Əksinə, onsuz da ürəkaçan olmayan sahənin daha da acınacaqlı vəziyyətə gətirib çıxarmışdır.

Bu qurum hələ ki, vətəndaşlar üçün süni maneələr yaratmaqdan başqa heç bir iş görə bilməyib. Belə çıxır ki, bu sahadə fəaliyyət göstərənlər – istər rəhbərlik, istərsədə tabeçiliyində olan təşkilatlar ya vəzifə borclarını bilmir, ya da dövlətin apardığı siyasətə əks çıxırlar.
Bütün dünyada “Govid 19” tüğyan edir. Hər bir ölkə də şəraitə uyğun qərarlar qəbul edib, bu gözəgörünməz bəlanın öhdəsindən gəlmək üçün lazimi tədbirlər görürlər. Ölkəmiz dünyada öndə gedənlər sırasındadı. Dövlət kifayət qədər vəsait ayırıb ki, vətəndaşına arxa dura bilsin. Son vaxtlar hər yerdə olduğu kimi Azərbaycanda da yoluxma və ölüm sayında ciddi artım müşahidə olunur. Xəstəxanalarda yer yoxdur. Təcili yardım stansiyalarına müraciət etmək demək olar ki, mümkün deyil. Bu da başadüşüləndi. Vətəndaş da belə bir çətin anda bacardıqca dövlətə yardımçı olmalıdı. Yaranmış vəziyyətdən sui istifadə edib vətəndaşı dövlətdən narazı salmaq olmaz axı… Bəs TƏBİBin bu cür halları yaratmaqda məqsədi nədi – pul qazanmaq, ya vətəndaşı dövlətdən narazı salmaq?
Şəkər xəstəsi kimi qeydiyyatda olan Rəsmiyyə Murtuz qızı Hadıyeva tibb bacısı işlədiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə etdiyi xəstə tərəfindən virusa yoluxur. Vəziyyətində ağırlaşmanı görüb 3 saylı şəhər xəstəxanasında müayinə olunur. İki tərəfli 45 faiz penemaniya aşkar olunur. Tənha yaşayan xanım bacısının himayəsində müalicə olunmaq məcburiyyətində qalır. Dövlət xəstəxanalarında yer olmadığından özəl klinikaların birində həkimlərinin təyin etdiyi müalicəni götürməyə başlayır. Həkimlərin ciddi səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmur. 18 avqust saat 23 radələrində vəfat edir. Yaxınları çətinliklə də olsa bir təcili yardım briqasaının çağırılmasına müvəffəq olurlar. Hadisə yerinə gələn briqada xəstəliklə bağlı hər-hansı bir kağız tələb edirlər. Yaxınları hadisəni olduğu kimi danışır. Xəstəliklə bağlı verilən sənədin bülliten açılması üçün 7 saylı şəhər poliklinikasına verildiyi deyilsə 12 saylı Təcili Yardım stansiyasının həkimi Amin Zeynalov üzərinə düşən vəzifəni yerinə yetirməyib. Əksinə, ölüm aktını verməkdən ötrü məhrumənin yaxınlarından “hörmət etmələrini” istəyib. Alınmadıqda heç bir sənəd təqdim etmədən ərazini tərk etmişlər. Çağırdıqları polis əməkdaşlarının müşayəti ilə meyit morqa təhvil verilmişdir. Halbuki, bunu Təcili yardım briqadası etməli idi. Meyid morqdan dəfn olunmaq üçün götürüləndə ölüm haqda akt verilməyib ki, təcili yardımın verəcəyi sənəd yoxdur. Şüurlu surətdə yaradılmış problem böyük çətinliklər əmələ gətirib. Bu da onsuz da gərgin anlar yaşayan məhrumənin yaxınları üçün bir az da qanqaracılıq yaşatmışdır.
Əlaqadar qurumlara edilən müraciətlər çətinliklə də olsa həllini tapıb. Lakin maraqlı burasındadır ki, ölüm faktı qeydə alınan ünvanda digər olanlardan mütləq test götürülməliydi. Nəinki test götürülməyib, heç maraqlanan belə olmayıb. Belə bir sual meydana çıxır, iki tərəfli penemaneya diaqonuzu ilə qeydə alınan xəstə niyə mərkəzdə qeydiyyata alınmayıb? Ölüm faktı aşkarlanan mənzildə yaşayan digər şəxslərdə də virusa yoluxmaları barədə niyə test aparılmayıb? Niyə bu qorxulu virusun yayılmasına münbit şərait yaradılır? Bakı şəhər 12 saylı Təcili Yardım Stansiyasının həkimi Amin Zeynalovun ölüm aktını vermədiyinə görə hansı tədbir görüldü?
Bütün bunlar hələ ki, bir fakta görə meydana çıxan suallardı.
Baş vermiş qanunsuzluğa məsuliyyəti kim daşıyır?
 
Şərafəddin İlkin,
Şair-publisist, Prezident təqaüdçüsü.
Share: