Rəşad Məcidi haçan tanımışam unutmuşam…

Amma bir insan kimi haçan sevmişəm dünən kimi yadımdadır… Bizim bir Fəxriyyə xanım vardı…Allah rəhmət eləsin! Yazıçılar Birliyinin girəcəyində kitablar düzüb satardı… Çox sevdiyim şair Ramiz Rövşənin “kitablar kitabı” yenicə çıxmışdı…Kitabı əlimə alıb ac pişik ətə baxan kimi baxırdım…

Almağa pulum yoxdu. Bu zaman Rəşad müəllim qapıdan girdi.O zaman hələ Yazıçılarda işləmirdi…Kitabın pulun Fəxriyyə xanıma verib-kitabı Aləmzər xanıma ver-deyib tələsik getdi…Mən əməlli təşəkkür də edə bilmədim. O vaxtdan ona qarşı içimdə çox böyük hörmət hissi yarandı.
Xumar Qədimovanın oxuduğu “bir də gəlməyəcək” mahnısının sözlərini yazan Rəşad Məcid tanıdığım bir az qaraqabaq libasını dəyişib romantik şair imicinə girdi gözümdə… Onun siqaretlə bağlı şeirini isə lap çox sevirəm…
Duzlu-məzəli zarafatları, kənardan sərt görünən amma içində çox kövrək bir ürək daşıyan , daim harasa tələsən, hamıya, hər kəsə yetməyə çalışan, düşməninə belə yaxşılıq edə biləcək bir xarekterə sahib olan Rəşad Məcid…
Bağışlamağı bacaran…içində 100 yaşlı ağsaqqal müdrikliyi daşıyan, bəzən uşaqla uşaq…gənclərlə gənc olmağı bilən …
Elə beləcə qalın…
Söz kimi uca, söz kimi saf, söz kimi qiymətli…
57 – niz mübarək!!!!!!
Ucalardan-ucalara, zirvələrdən-zirvələrə, uğurlardan-uğurlara yolunuz mübarək!
Alımzər Sadıqqızı
Share: