Silahlıların ələ keçirdiyi tanker İrana doğru üzür – BBC

Panama bayrağı altında hərəkət edən “Asfalt Princess” tankeri BƏƏ sahilləri yaxınlığında, Oman körfəzində ələ keçirilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Skay Nyus” telekanalı təhlükəsizlik mənbələrinə istinadən xəbər verib.

Məlumata əsasən, təxminən doqquz silahlı şəxs Əmirliyin Haur-Fakkan şəhərindən Omanın Sohar limanına gedən gəmiyə daxil olaraq tankeri ələ keçirib.

***

BBC-nin məlumatına görə, Oman körfəzində “Asphalt Princess” tankerini ələ keçirən silahlılar gəmini İran ərazi sularına doğru yönləndiriblər.

Müstəqil.Az

Share: