Gənc şair Aysel Kərim “Kəpənəyin göz yaşını” təqdim edəcək…

 Müstəqil.Az xəbər verir ki, gənc, istedadlı şair- bəstəkar Aysel Kərimin “Kəpənəyin göz yaşı” adlı yeni şeirlər kitabı çap olunub.

30 iyul 17:00-da, “Azərkitab-Kitab Təbliğat Mərkəzi”ndə ” kitabın təqdimat mərasimi keçiriləcəkdir.

 

Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, həm də “Azərkitab” kitab təbliğat mərkəzinin mətbuat katibidir.

Bir çox  söz adamlarının şeirlərinə gözəl, uğurlu musiqilər bəstələyib. Şeir kitablarının müəllifidir.

Duyğularını həssas qəlbində söz-söz toxuyub zərif barmaqlarının titrək çırpınışları ilə piano səslərinə daşıyan istedadlı şairə yaradıcılıq zirvələri arzulayırıq.

 

AYSEL SƏFƏRLİ

 

Müstəqil.Az

Share: