“Səməd Behrəngi” diplomu təqdim olundu

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda uzun fasilədən sonra ilk tədbir keçirildi.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı  komisiyasının təsis etdiyi  “Səməd Behrəngi” diplomumun təqdimatı oldu.

Təqdimatı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin müdürü, tanınmış şair Sayman Aruz açdı. Səməd Behrəngi yaradıcılığından, onun qısa, lakin mübariz həyatından, əsərlərinin dünya dillərinə tərcümə edildiyindən bəhs etdi.
Tədbir iştirakçılarından AYB-nin yaradıcılıq üzrə katibi İlqar Fəhmi, Tərcümə Mərkəzinin müdürü, şair-tərcüməçi Səlim Babullaoğlu,  akademik Teymur Kərimli, AYB sədrinin müşaviri Rauf Aslanov çıxışlarında “Səməd Behrəngi” mükafatının təqdim edildiyi qalibləri təbrik etdilər.

Diploma tanınmış qələm adamları
Teymur Kərimli, Mahirə Nağıyeva, Nəbi İbrahimov, Gülqədəm Mirzazadə, Nəsibə Tahir, Sona İsmayilova, Mahir Qərib, Ünbülbəni Musayeva, Sima Azad qızı, Damət Salmanoğluna təqdim olundu.
Xatırladaq ki, “Səməd Behrəngi” diplomu 2013-cü ildə diplom komisiyasının sədri Sayman Aruz tərəfindən təklif olunub və təsis olunub.
F.Balabəyli 
Share: